Hazard milli karyerasını bitirdi

Eden Hazard Belçika millisindəki karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, bu barədə 31 yaşlı vinger rəsmi “instaqram” hesabında məlumat yayıb.

Belçika millisi Qətərdə keçirilən dünya çempionatında F qrupunu 4 xalla, üçüncü pillədə başa vuraraq, mundialla vidalaşıb.

Hazard 2008-ci ildən yığma komandanın formasını geyinirdi.

Belçika millisi AÇ-2024-ün seçmə mərhələsində Azərbaycanla birlikdə F qrupunda yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button