Hazard “Çelsi”nin təklifini rədd etdi

“Çelsi”nin futbolçusu Eden Hazard yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, belçikalı hücumçu “zadəganlar”ın yeni müqavilə təklifini rədd edib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə, Hazardın “Çelsi” ilə 2020-ci ilə qədər olan sözləşməsini yeniləməyəcəyi bildirilib.

Belçikalı futbolçu ilə “Real” yaxından maraqlanır. Lakin Madrid təmsilçisi Hazardı 100 milyon avrodan aşağı məbləğə transfer etmək niyyətindədir.

2012-ci ildən “Çelsi”də forma geyinən Hazard, bu mövsüm Premyer Liqada 32 qarşılaşmada iştirak edərək, 16 qol vurub və 12 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button