“Halandın rəqəmləri qorxuncdur” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”lə oyundan (6:3) sonra hücumçu Erlinq Halandın çıxışını şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, MY ilə oyunda het-trik edən Halandın nəticələrinin qorxunc olduğunu deyib:

“Halandın rəqəmləri hər şeyi danışır. Biz həmişə onun komandamıza uyğunlaşmasına kömək etməyə çalışırıq. Erlinqin həmişə qola bu qədər ac olması və yarışmağa can atması inanılmazdır. Düzünü desəm, onun rəqəmləri qorxuncdur”.

Haland Premyer Liqanın 8 turunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button