Hakimləri təhqir edən məşqçi 5 oyunluq cəzalandırıldı

AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Fevralın 8-də AFFA U-14 Liqasında baş tutan “Qaradağ Lökbatan” – “Araz Bakı UFK” görüşü başa çatdıqdan sonra qonaq komandanın köməkçi məşqçisi Ramin Fərruxlu hakimləri təhqir edib. Bu hərəkətinə görə onun növbəti 5 oyuna buraxılmaması barədə qərar qəbul olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button