“Hakim nəyə nail olmaq istəyirdisə, onu da etdi” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunda “Neftçi”yə uduzduqları matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis, 1:3 hesabıyla bitən oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

  • Çox yaxşı ilk hissə keçirdik. Oyuna nəzarət etdik, bir neçə təhlükəli fürsətlər yaratdıq. Müdafiədə intizamlı olduq, rəqibin hücum etməsinə imkan vermədik. İkinci hissədə isə intizamı itirdik. Bu, bizim ən böyük səhvimiz idi.
  • Hakimliklə bağlı fikirləriniz nədir?
  • Baş hakim işini çox yaxşı gördü. Epizod gedir və qayda pozulubsa, hakim fitini çalmırsa… Amma eyni epizodda rəqib üçün fitini çalır. Mən daha sərt futbolun tərəfdarıyam. Hər iki tərəfə imkan vermək lazımdır ki, sərt oynanılsın. Hakim sadəcə bir tərəfə fit çalırdı. Biz meydandakı futboldan həzz ala bilmədik. Meydanda baş verən hər şeyin səbəbkarı hakimdir. Hakimlər belə edirsə, biz daha yaxşı oynamalıyıq. Uzun müddət idi belə hakim görmürdüm. Hakim nəyə nail olmaq istəyirdisə, onu da etdi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button