
Adı top-klublarla hallanan xorvat müdafiəçidən açıqlama
“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol ətrafında yayılan transfer iddialarına münasibət bildirib.
Son günlər futbolçunun “Real”, “Barselona” və “Bayern” kimi top-klubların maraq dairəsində olduğu barədə xəbərlər yayılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı oyunçu, bu iddialara sakit reaksiya verərək, hazırkı klubunda hər şeydən razı olduğunu söyləyib:
“Biz hamımız bu cür şayiələri görürük. Mən “Mançester Siti”də hər şeydən məmnunam, ehtiyacım olan hər şey var. Zədədən əvvəl hər matçda – demək olar ki, 90 dəqiqə oynayırdım. Dünya çempionatından sonra isə nə olacağını görəcəyik”.
24 yaşlı futbolçu hazırda “Mançester Siti”də əsas heyətin vacib üzvlərindən sayılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



