“Hər kəs Messi kimi futbolçuya sahib olmaq istəyərdi, amma…”

İtaliyanın “İnter” klubunun idman direktoru Cüzeppe Marotta açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən klub rəsmisi, “Barselona”nın hücumçusu Lionel Messinin mümkün transferi ilə bağlı danışıb:

“Realist olmalıyıq, bu, fantastik bir şeydir. Hər kəs Messi kimi futbolçuya sahib olmaq istəyərdi, amma bu xəyalları böyütmək haqsızlıq olar. Reallıqla yaşamalıyıq, Messi möhtəşəm bir futbolçudur və “Barselona”dadır. Orda mükəmməl mühit var. Düşünürəm ki, Messi karyerasını orda bitirəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button