
Azər Bağırov: “Şamaxı”ya yeni oyunçular cəlb olunacaq”
2025/26 mövsümünün sonunda baş məşqçi Ayxan Abbasovla yollarını ayıran “Şamaxı”nın yeni çalışdırıcısı müəyyənləşib. Komandanın yeni baş məşqçisi “Kəpəz”dən ayrılan Azər Bağırov olub. “Şirlər”lə üç illik müqavilə bağlayan mütəxəssis komandanın qarşıdakı mövsüm üçün hədəfləri və planları barədə Komanda.az-a danışıb.
Bağırov, hədəflərinin Premyer Liqada yerlərini möhkəmləndirmək olduğunu bildirib:
“Hədəfimiz Premyer Liqada yerimizi möhkəmləndirmək, yaxşı bir kollektiv formalaşdırmaqdır. Komandadan gedən futbolçular var və onların yerinə də oyunçular cəlb olunacaq. Köməkçilərimlə bağlı bəzi dəyişikliklər var. Yaxın günlərdə bu haqda klubumuzun rəsmi səhifəsində paylaşılacaq”.
O, “Şamaxı” ilə bağlı uzunmüddətli planlarından da söz açıb:
“Planlarımız var. Ümumən, planlarımız klubumuza, Azərbaycan futboluna yeni, gənc futbolçular bəxş etmək və gələcəkdə milli komandamızın uğurları üçün nümunə göstərməkdir”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



