
“Son mövsümümdə daha dörd kubok qazanmalıyam”
“Barselona”nın qapıçısı Voyçex Şesnı qazandığı titullarla bağlı zarafatcıl açıqlaması ilə diqqət çəkib.
Komanda.az “Eleven Sports”-a istinadən xəbər verir ki, polşalı qolkiper karyerasını başa vurduqdan sonra belə, kuboklar qazanmağa davam etdiyini deyib:
“Düşünürəm ki, artıq karyeramı bitirdikdən sonra ən çox titul qazanan futbolçu kimi “Ginnes”in rekordunu qırmışam. Buna görə çox xoşbəxtəm. Hazırda artıq beşinci titulu qazandım və onların sayını doqquza çatdırmaq istəyirəm. Son mövsümümdə daha dörd kubok qazanmalıyam”.
“Barselona” İspaniya La Liqasının 35-ci turunda “Real”ı 2:0 hesabı ilə məğlub edərək, vaxtından əvvəl çempionluğu təmin edib.
36 yaşlı futbolçu 2024-cü ildə karyerasını başa vurduğunu açıqlasa da, sonradan azad agent kimi “Barselona”ya keçib.
Bizi Facebook-da izləyin



