“Hazırda ən yüksək tələbləri də yerinə yetirməyə hazıram” – “Real”ın futbolçusu

İspaniyanın “Real” klubunun bu yay “Anderlext”dən heyətinə qatdığı Luka Yoviç açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu, Madrid klubuna uyğunlaşmasından danışıb:

“Təəssüf ki, bir müddət əvvəl zədələndim, amma hazırlıq dövrü ilə müqayisədə indi hər şey daha yaxşıdır. İşlər mənim üçün daha müsbət irəliləyir. Gənc futbolçu üçün belə hallar asan deyil, amma hər şeyin öhdəsindən ən yaxşı şəkildə gəldiyimi düşünürəm. Hazırda ən yüksək tələbləri də yerinə yetirməyə hazıram”.

Bir müddət əvvəl serbiyalı futbolçunun Madrid klubundan ayrıla biləcəyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button