Taleyi final oyunundan asılıdır

“Vest Hem” Avropa Konfrans Liqasının finalında “Fiorentina” ilə qarşılaşacaq. Bu oyun İngiltərə təmsilçisinin çalışdırıcısı Devid Moyesin klubdakı gələcək taleyini müəyyənləşdirə bilər.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, “çəkicdöyənlər” həlledici matçda uduzsa, Moyes qovula bilər.

“Vest Hem” 2022/23 mövsümündə İngiltərə Premyer Liqasını 40 xalla 14-cü pillədə bitirib.

Avropa Konfrans Liqasının final matçı iyunun 7-də, Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button