“Fənərbaxça” Tedeskonu istefaya göndərdi

“Fənərbaxça” rəhbərliyi azarkeşləri təəccübləndirən radikal addım atıb.

Komanda.az xəbər verir ki, klubun idarə heyətinin iclasından sonra baş məşqçi Domeniko Tedesko və onun texniki heyəti ilə yolların ayrıldığı rəsmən elan edilib.

Təkcə baş məşqçi deyil, eyni zamanda idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çələbi də vəzifələrindən kənarlaşdırılıb.

Klubun yaydığı rəsmi bəyanatda bildirilir ki, mövsümün sonuna qədər komandaya köməkçi məşqçi Zeki Murat Göle rəhbərlik edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button