Qriqorçuk: “Futbolun Azərbaycanda bir nömrəli idman növü olduğunu demək olmaz” – müsahibə

“Qəbələ”nin və “Astana”nın sabiq baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, mütəxəssis, Azərbaycan və Qazaxıstan futbolu ilə bağlı fikirlərini bölüşüb:

  • Azərbaycanda və Qazaxıstanda 5 ildən artıq çalışmısız. Futbol bu ölkələrdə bir nömrəli idman növüdür?
  • Hər iki ölkədə idmanı, xüsusilə, futbolu inkişaf etdirmək üçün çox şey edilir. Amma futbolun Azərbaycanda bir nömrəli idman növü olduğunu demək olmaz. Ölkənin yaxşı inkişaf etmiş fərdi idman növləri var. Yerli idmançılar beynəlxalq arenalarda bu baxımdan olduqca uğurludur.
  • Bu ölkələrdəki futbol çempionatının səviyyəsi nə yerdədir?
  • “Kayrat”, “Astana” və “Qarabağ”ı düşünsək, onların ideal şəraiti var və Ukrayna çempionatında medallar uğrunda oynaya bilərlər. Çempionatda zəif komandaların olduğunu demək mümkün deyil. Ukrayna çempionatı ilə müqayisə etsək, ciddi fərq yoxdur.
  • Ukraynada hava şəraiti qışda futbol oynamağa icazə vermir. Bu baxımdan Asiyada vəziyyət necədir?
  • Azərbaycandakı hava şəraiti Qazaxıstandakından fərqlidir. Azərbaycanda güclü küləklərin olduğu müəyyən bir dövr var, amma bu, qısa çəkir. Futbol baxımından orda daha rahatdır. Uzun uçuşlar, səyahətlər yoxdur.
  • Yerli komandalara legioner cəlb etmək çətindir?
  • Ən yaxşı futbolçuları cəlb etmək çətindir. Hər şeydən əvvəl, daha az pul olsa belə, Avropa çempionatlarını nəzərə alırlar. Amma Qazaxıstan və Azərbaycanda yaxşı legionerlər oynayır.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button