Mata karyerası ilə bağlı tərəddüd edir

“Mançester Yunayted”in sabiq vingeri Xuan Mata gələcəyi ilə bağlı qərar verməkdə tərəddüd edir.

Avstraliya A Liqasında mövsüm başa çatdıqdan sonra onun klubu ilə müqaviləsinin müddəti də yekunlaşıb. İspaniyalı futbolçu daha əvvəl uğursuz dövr keçirdiyi “Vestern Sidney” klubundan sonra “Melburn Viktori”də karyerasını yenidən canlandırmağı bacarıb. O, mövsüm ərzində ümumilikdə 1684 dəqiqə meydanda olub, 5 qol vurub və komandasının 13 qolunda iştirak edib. Mata, həmçinin, Avstraliya çempionatında mövsümün ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, 38 yaşlı futbolçu hazırda onun üçün ən böyük sualın karyerasını davam etdirib-etdirməmək olduğunu bildirib:

“Bu mənim üçün əsas sualdır: oynamağa davam etmək istəyirəm, ya yox. Futboldan zövq alanda karyeranı bitirmək çətindir. Amma bəzən ən doğru vaxt yaxşı notla bitirmək olur”.

O, həmçinin, şəxsi mükafatı komanda uğuruna dəyişməyə hazır olduğunu da vurğulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button