“Futbolçuların reaksiyası məni qürurlandırır” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Uşaqları bağrıma basıram. Sonadək əzmkarlıq göstərdilər. Bəzi futbolçular ayaq üstə güclə dayanırdı. Rəqib bizdən daha yaxşı oynayırdı. Oyunçular başları yuxarı sonadək mübarizə apardılar. Çempionluğa oynayan komandaya məğlub olmadıq. Futbolçuların hadisələrə reaksiyası məni qürurlandırır. Sonadək mübarizə aparmağa çalışacağıq”.