DÇ-2022: Argentina millisi qələbəni son dəqiqədə əldən verdi

Futbol üzrə DÇ-2022-nin Cənubi Amerika zonasının seçmə mərhələsinin 6-cı turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, lider Braziliya yığması səfərdə Paraqvayı iki cavabsız qolla məğlub edib. Lionel Messinin kapitanı olduğu Argentina yığması Kolumbiya ilə heç-heçə edib.

Uruqvay millisi bu turda Venesuela ilə qolsuz bərabərə qalıb, Peru isə səfərdə Ekvadoru məğlub edib.

DÇ-2022, Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 6-cı tur

9 iyun

Ekvador – Peru 1:2
Qol:
Qonsalo Plata, 90+2 – Kristian Kueva, 62. Luis Advinkula, 88.

Venesuela – Uruqvay 0:0

Kolumbiya – Argentina 2:2
Qol:
Luis Muriel, 51-pen. Migel Borxa, 90+4 – Kristian Romero, 3. Leandro Paredes, 8.

Paraqvay – Braziliya 0:2
Qol:
Neymar, 4. Lukas Paketa, 90+3.

Çili – Boliviya 1:1
Qol:
Erik Pulqar, 69 – Marselo Moreno Martins, 82.

Bombardir: Marselo Moreno Martins (Boliviya) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button