“İlk hissədə daha çox qol vurmalı idik” – serbiyalı futbolçu

Futbol üzrə Serbiya milli komandasının futbolçusu Stefan Mitroviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az “zurnal.rs” saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi, 3:1 hesabıyla qələbə qazandıqları oyunla bağlı bunları deyib:

“Çox vacib qələbə qazandıq. Qol buraxdığımız üçün bir az çətin oldu. Oyuna nəzarət etdik. İlk hissədə daha çox qol vurmalı idik.

Əsas olan üç xal qazanmaq idi. Portuqaliya ilə oyundan əvvəl motivasiya baxımından faydalı oldu. Özümüzə daha inamlı şəkildə səfərə gedəcəyik. Bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.