32-ci dəfə çempion oldular

Futbol üzrə Macarıstan çempionatında mövsümün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, 30-cu turda “Uypeşt”i məğlub edən “Ferentsvaroş” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib. Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv ən yaxın izləyicisi “Puşkaş Akademiya”sından 14 xal irəlidədir.

“Ferentsvaroş” klub tarixində 32-ci dəfə Macarıstan çempionu olub.