“Kəpəz” “Zaqatala”ya, “Qarabağ” “Neftçi”yə uduzdu

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. “Sabah”ın əvəzediciləri MOİK ilə səfər oyununda darmadağına seviniblər. “Keşlə”nin ikinci komandası da lider “Turan Tovuz”a qalib gəlib.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Qarabağ”ın əvəzediciləri “Neftçi”nin ikinci komandası ilə ev oyunundan məğlub ayrılıb. “Kəpəz” də liderlər qrupunda qərarlaşmış “Zaqatala”ya uduzub. “Sumqayıt”ın əvəzediciləri isə “Qaradağ Lökbatan”la qarşılaşmada inamlı qələbəyə sevinib.

Birinci divizion, 20-ci tur

7 aprel

MOİK – Sabah-2 0:3
Qol
: Camal Cəfərov, 59; 81. Əşfər Zeynallı, 90+9.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Kərim Ağayev
Binə qəsəbə stadionu

Keşlə-2 – Turan Tovuz 1:0
Qol:
Xəzər Mahmudov, 65.
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Səbuhi Soltanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”

8 aprel

Kəpəz – Zaqatala 1:2
Qol: Tural Qürbətov, 81 – Roini İsmayılov, 54. Bəhruz Teymurov, 60.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elman Kərimov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu, 15:00

Sumqayıt-2 – Qaradağ Lökbatan 3:1
Qol: Cəlal Cəbrayılov, 51; 63. Tahir Zeynalov, 90+2 – Xəyal Fərzullayev, 30.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:30

Qarabağ-2 – Neftçi-2 0:1
Qol: Nihad Qurbanlı, 74.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 16:00