“Futbol tarixində “Liverpul”un əfsanəsi olaraq xatırlanmaq istəyirəm”

“Liverpul”un müdafiəçisi Vircil van Dayk açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, niderlandlı müdafiəçi, Mersisayd klubunun əfsanəvi futbolçularından biri olmaq istədiyini bildirib:

“Futbol tarixində “Liverpul”un əfsanəsi olaraq xatırlanmaq istəyirəm. Burda inanılmaz uğurlar qazanmağı hədəfləmişəm. Möhtəşəm komandamız var, mübarizə aparmaq üçün hər şeyə sahibik. Komandanın üstünlüyü əla məşqçiyə, qələbələr gətirən oyun tərzinə, stadion və azarkeşlərin birləşməsinə sahib olmasıdır. Futbolçu karyeramı bitirdikdən sonra “Enfild Roud”a qayıdan futbolçulardan biri olmaq istəyirəm. Əfsanəvi futbolçularla qarşılaşanda, özümü böyük ailənin bir üzvü kimi hiss edirəm”.