
“Fulhem” Arbeloanın təqdimatını edə bilmir
“Fulhem” yeni baş məşqçisi olacaq Alvaro Arbeloanın təyinatını hələlik rəsmən açıqlaya bilmir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, buna səbəb ispaniyalı mütəxəssisin iş icazəsini hələ almamasıdır. Tərəflər arasında bütün əsas məsələlər razılaşdırılıb. London təmsilçisi hazırda Arbeloanın məşqçilər heyətinin formalaşdırılması prosesini də yekunlaşdırır.
“Fulhem” yeni baş məşqçinin təyinatını gələn həftə ərzində rəsmən elan etməyi planlaşdırır. Məqsəd Arbeloanın mövsümöncəsi hazırlıq başlamazdan əvvəl işinin başına keçməsidir. Futbolçuların məzuniyyətdən qayıdışı iyulun sonuna nəzərdə tutulub.
Arbeloa son olaraq “Real”ı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



