Fransa prezidentindən UEFA və FİFA-ya dəstək

Fransanın prezidenti Emmanuel Makron Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb.

Komanda.az “RMC Sport”a istinadən xəbər verir ki, bununla bağlı prezidentin mətbuat xidməti açıqlama yayıb. Makron Super Liqanın yaradılmasına qarşı çıxaraq, UEFA və FİFA-nın atacağı bütün addımları dəstəkləyəcəyini bildirib:

“Prezident, Fransa klublarının birlik və idman ləyaqəti prinsiplərini təhdid edən bu Super Liqada iştirakdan imtina edən klubların mövqeyini dəstəkləyir. Fransa hökuməti, Fransa Futbol Federasiyası UEFA və FİFA-nın atacağı bütün addımları dəstəkləyəcək”.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button