Kluyvertin yeni iş yeri məlum oldu

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi son olaraq “Roma”da çıxış edən Castin Kluyverti heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kluyvert icarə əsasında “Nitsa”ya keçib.

Fransa klubu 2022-ci ilin yayında 10 milyon avro ödəməklə yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər.

Castin Niderland milli komandasının əfsanəvi futbolçularından olan Patrik Kluyvertin oğludur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button