“Marsel”in daha 3 üzvü koronavirusa yoluxdu

Fransanın “Marsel” klubunun daha üç üzvü koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Virus aşkarlanan şəxslərin adları və vəzifələri açıqlanmayıb.

“Marsel”də bundan əvvəl Stiv Mandanda, Maksim Lopes, Valenten Ronjye, Dimitri Payet və Cordan Amavidə də virus aşkarlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button