“Lion”da yeni futbolçu

Fransanın “Lion” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Renn”dən ayrılan Damyen Da Silvanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Silva “Lion”a azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button