Türk futbolçu İngiltərənin 3 klubunun hədəfində

Fransanın “Lill” klubunun futbolçusu Zeki Çelik karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, türkiyəli müdafiəçi ilə “Arsenal”, “Mançester Yunayted” və “Tottenhem” maraqlanır. Bu barədə “Evening Standard” nəşri məlumat yayıb.

“Lill” Zeki üçün azı 15 milyon avro tələb edir. 24 yaşlı cinah müdafiəçisinin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Zeki Çelik Türkiyə milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button