Fransa yığmasında Kante şoku

Futbol üzrə Fransa yığma komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Türkiyə və Andorraya qarşı keçirəcəyi oyunlar öncəsi ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Nqolo Kante zədə səbəbindən qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.

“Çelsi”nin şərəfini qoruyan 28 yaşlı futbolçu, dizindən aldığı zədəyə görə, millinin heyətindən kənarlaşdırılıb. Bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

H qrupunda yer alan və ilk iki turdan maksimum nəticə ilə ayrılan Fransa yığması, iyunun 8-də Türkiyə, ayın 11-də isə Andorra ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button