
“Fransa millisini məğlub etmək istəyirsənsə…”
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin Fransa millisini məğlub etməyin yolundan danışıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, açıqlamasında bunları deyib:
“Bu komanda hazırda əla formadadır. Fransa millisini məğlub etmək istəyirsənsə, ilk qolu sən vurmalısan. Bu komanda hesabı açanda rəqiblər hücuma atılır. Didye Deşamın komandası isə əks-hücumlarda çox təhlükəlidir”.
Fransa millisi dünya çempionatının 1/4 finalında Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



