Fransa millisində yeni kapitan

Futbol üzrə Fransa millisinin yeni kapitanı bəlli olub.

Komanda.az AFP-yə istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam sarğını Kilian Mbappeyə həvalə edib.

Millinin keçmiş qapıçısı Uqo Lloris yığma karyerasını başa vurduğu üçün bundan sonra komandanı oyunlara kapitan kimi 25 yaşlı oyunçu çıxaracaq. “Atletiko”nun hücumçusu Antuan Qrizmann isə vitse-kapitan seçilib.

Mbappe Fransa millisinin heyətində 66 oyuna çıxıb, 36 qol vurub və 23 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button