AÇ-2020: “Ronaldo komandasının 1/8 finala yüksəlməsi üçün hər şey edəcək”

Fransa milli komandasının futbolçusu Uqo Lloris AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Portuqaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, millinin qapıçısı matçla bağlı bunları deyib:

“Hədəfimiz qələbə qazanmaqdır. Bu, 1/8 finaldan əvvəl özümüzə inamımızı daha da artıracaq.

Portuqaliya ilə oyun asan olmayacaq. Rəqib pley-off mərhələsinə vəsiqəni təmin etməyib. Qrupda bacardığımız qədər ən yüksək yeri tutmağa çalışacağıq.

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun təqdimata ehtiyacı yoxdur. O, tarixin ən yaxşı futbolçularından biridir. Ronaldo komandasının 1/8 finala yüksəlməsi üçün hər şey edəcək”.

Bu gün keçiriləcək Portuqaliya – Fransa matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button