AÇ-2020: “Kimisə barmaqla göstərməyə ehtiyac yoxdur”

Fransa milli komandasının futbolçusu Uqo Lloris AÇ-2020-nin 1/8 finalında İsveçrəyə məğlub olaraq, turnirlə vidalaşdıqları oyundan (3:3, penaltilər 4:5) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Lloris matçla bağlı bunları deyib:

“Bütün gücümüzü meydanda göstərdik. Çox məyusuq. Penalti vuruşları bir az lotereya kimidir. Lakin hesabda 3:1 öndə idik. Bu, peşmanlıq hissi yaradır.

Birlikdə qazanır, birlikdə uduzuruq. Kimisə barmaqla göstərməyə ehtiyac yoxdur. Zədəlilərimiz də var, ancaq bəhanə lazım deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button