Fransa millisində Benzema şoku

Fransa milli komandasının futbolçusu Kərim Benzema zədələnib.

Komanda.az xəbər verir ki, hücumçu Bolqarıstanla keçirilən yoxlama matçında sıradan çıxıb. Benzema qarşılaşmanın 41-ci dəqiqəsində zədə səbəbiylə Olivye Jiru ilə əvəzlənib.

Benzemanın son durumu tibbi müayinədən sonra bilinəcək.

Fransa yığması Jiru (2) və Antuan Qrizmanın qolları ilə Bolqarıstanı 3:0 hesabıyla məğlub edib.