![](https://komanda.az/wp-content/uploads/2024/05/1f1373af-b2af-3b97-94c2-e50457c0f975_850-780x470.jpg)
Fransa klubunun baş məşqçisi karyerasını başa vurur
Marsel “Olimpik”inin baş məşqçisi Jan-Lui Qasse 2023/24 mövsümünün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb.
Komanda.az xəbər verir ki, komanda mayın 19-da Fransa çempionatının 34-cü turunun matçında səfərdə “Havr”la qarşılaşacaq .
70 yaşlı Qasse 2024-cü ilin fevralından Marsel klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda 8 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 10 məğlubiyyətlə üzləşib.
Bu mövsüm Marsel “Olimpik”i Liqa 1-in turnir cədvəlində 33 turdan sonra 47 xal toplayaraq 8-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin