Flik Kanselonun transferinin səbəbini açıqladı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın müdafiəçisi Joao Kanselo barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, portuqaliyalı futbolçunun komandaya dəvət olunmasının əsas səbəbinin onun topa yüksək səviyyədə nəzarət etməsi və ustalığı olduğunu bildirib:

“Biz Kanselonu transfer etməyə qərar verəndə məhz bu səbəbləri nəzərə aldıq. O, topa fantastik şəkildə sahib olur, yüksək səviyyəli və çox bacarıqlı futbolçudur. Düşünürəm ki, start heyətində meydana çıxdığı iki oyunda özünü çox yaxşı göstərdi. Görünür ki, özünə inamı artıb və hər iki cinahda oynaya bilir”.

“Barselona” Kanselonu qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan icarəyə götürüb. 31 yaşlı futbolçu kataloniyalıların heyətində bütün turnirlərdə 7 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib.

“Barselona” bu gün La Liqanın 27-ci turu çərçivəsində səfərdə “Atletik”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button