“Onlar qələbəyə layiq idilər”

“Çelsi”nin oyunçusu Rahim Sterlinq İngiltərə Premyer Liqasının ikinci turunun “Vest Hem”lə görüşünü (1:3) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, “çəkicdöyənlər”in qələbəyə layiq olduğunu və məyus olduqlarını söyləyib:

“Rəqib qol epizodlarından maksimum yararlandı. Onlar qələbəyə layiq idilər. “Vest Hem” kimi rəqibin stadionunda dominantlıq edərək qol şanslarından yararlanmalısan.

Buraxdığımız ikinci qoldan sonra məyus olduq. Çünki rəqib əlinə düşən fürsətdən yararlandı və önə keçdi. Fiziki cəhətdən oyuna yaxşı hazırlaşmışdıq”.

“Zadəganlar” növbəti turda “Luton”u qəbul edəcək, “Vest Hem” isə “Brayton” səfərinə yollanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button