“Fiorentina”ya hörmət edirik” – Moyes

“Vest Hem”in baş məşqçisi Devid Moyes Avropa Konfrans Liqasının “Fiorentina” ilə final matçından öncə gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibə hörmət etdiklərini söyləyib:

“Onların oyun tərzi məni çox heyran edib. Xüsusilə, DÇ-2022-dən sonra çox yaxşı futbol nümayiş etdirirlər. İtaliya kubokunun finalına vəsiqə qazanmaları onlar haqda müəyyən fikir formalaşdırır. Bütün İtaliya klubları kimi, onlar da çox güclüdürlər. “Fiorentina”ya hörmət edirik”.

Xatırladaq ki, turnirin həlledici qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button