“Fiorentina”nın hücumçusu zədələnib

“Fiorentina”nın hücumçusu Nikolas Qonsales sağ budundan zədə alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunun “Ferentsvaroş”la səfər oyununda (1:1) zədələnib. Forvard təxminən 1,5 ay meydandan uzaq qalacaq.

25 yaşlı futbolçu bu mövsüm “Fiorentina”nın heyətində bütün turnirlərdə 19 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button