İnfantino: “FİFA Super Liqanın yaradılmasını qəti şəkildə rədd edir”

FİFA-nın prezidenti Canni İnfantino yeni yaradılan Avropa Super Liqası ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, qurumun mətbuat xidmətinə danışan İnfantino, hər kəsin öz seçiminə cavabdeh olduğunu bildirib:

“FİFA Super Liqanın yaradılmasını qəti şəkildə rədd edir. Qısa müddətdə mümkün qədər qazanc əldə etmək üçün çox şeydən imtina etmək olar. İnsanlar daha diqqətlə düşünməlidirlər. Məsuliyyəti öz üzərlərinə götürməlidirlər.

Seçdiyin yolun nəticələrinə də dözməlisən. Hər kəs öz seçiminə cavabdehdir. İki tərəfdə də olmaq mümkün deyil. Ya oyunda olmalısan, ya da oyundan kənarda. Həm burda, həm orda oynamaq mümkün deyil”.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan edib. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button