FİFA İtaliya klubuna transfer qadağası qoydu – 4 illik

FİFA İtaliyanın “Spetsiya” klubuna transfer qadağası qoyub.

Komanda.az “Football İtalia”ya istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 18 yaşdan aşağı futbolçuların qeydiyyatı zamanı qaydaları pozduğu üçün cəzalandırılıb.

FİFA “Spetsiya”ya 4 illik transfer qadağası qoyub.

“Spetsiya” A Seriyasında ötən mövsümü 15-ci sırada bitirib.