Adı “Real”la hallanan futbolçunun agentindən açıqlama

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin “Real”a mümkün keçidi ilə bağlı xəbərlər yayılmaqda davam edir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, argentinalı futbolçunun agenti bu şayiələrə münasibət bildirib:

“Real”ın Fernandesə marağı varmı? Bu barədə çox danışılır, amma fakt faktlığında qalır, xüsusi bir şey baş vermir. O, mövsümü “Çelsi”də mümkün qədər yaxşı başa vurmağa diqqət yetirir. Fernandesin o vaxt tamamilə uyğun olmayan bəzi şərhlər verməsi ilə razıyam, amma o, şokedici bir şey demədi. O, sadəcə Madridi bəyəndiyini dedi”.

25 yaşlı yarımmüdafiəçi uzun müddətdir ki, “Real”ın transfer hədəfi hesab olunur və onun Madriddə yaşamaq istəyi ilə bağlı açıqlaması daha əvvəl gündəmdə olmuşdu. “Çelsi” hətta bu açıqlamasına görə onu iki oyunluq diskvalifikasiya etmişdi.

Fernandesin “Çelsi” ilə müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button