Fabreqas karyerasını İtaliyada davam etdirəcək

İspaniyalı yarımmüdafiəçi Sesk Fabreqas karyerasını İtaliyanın B Seriyasında davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçu “Komo” klubu ilə 2024-cü ilə qədər müqavilə imzalayacaq. Klubun idman direktoru Dennis Vise futbolçu ilə şəxsən maraqlanır.

Fabreqas ötən mövsüm “Monako” ilə Fransa Liqa 1-də iki matçda iştirak edib və qol vura bilməyib. O, “Monako”nun heyətində 68 oyun keçirib, 4 qol və 9 məhsuldar ötürmə edib. İspan futbolçu iyunun 18-də Fransa klubundan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button