Səudiyyə Ərəbistanı klubuna keçidi ləngiyir – İtə görə

“Liverpul”un yarımmüdafiəçisi Fabinyo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a keçməyə yaxındır. O, klubla 3 illik müqavilənin imzalanmasına da razılıq verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun keçidi itlərinə görə ləngiyir. Bir cüt Fransa buldoquna sahib olan “sambaçı” onları Səudiyyə Ərəbistanına aparmaq üçün qarşı tərəfdən icazə istəyib.

Fabinyo buldoqlarını Bəhreyndə yerləşdirmək variantını da nəzərdən keçirir. Həmin itlər aqressiv və təhlükəli olduqları üçün Səudiyyə Ərəbistanı rəsmiləri onların ölkə ərazisinə gətirilməsini qadağan edib.

Fabinyo 2018-ci ildən Premyer Liqa təmsilçisində çıxış edir. O, bu müddətdə 219 oyuna çıxıb.

Xatırladaq ki, “Əl-İttihad” yay transfer pəncərəsində “Real”dan Kərim Benzemanı, “Çelsi”dən isə Nqolo Kanteni heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button