“Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi geridə qalan mövsümün ikinci dövrəsini “Rizəspor”da keçirmiş Aatıf Şaheşuheni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Fənərbaxça” ilə müqaviləsinin müddəti başa çatan mərakeşli futbolçu, “Antalyaspor”a azad agent statusunda keçib. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Mərakeş yığmasının da şərəfini qorumuş 33 yaşlı Fransa əsilli futbolçu, Türkiyədə 2012-ci ildən çıxış edir. O, 2016-cı ilə qədər “Sivasspor”un uğurları üçün tər tökdükdən sonra “Fənərbaxça”ya transfer olunub. Bu ilin yanvar ayında isə o, “Rizəspor”a icarəyə verilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button