“Fənərbaxça”da ayrılıq

Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Mbvana Samatta ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Tanzaniyalı hücumçunun 2024-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Samattanın Yunanıstan PAOK-una keçəcəyi gözlənilir.

“Fənərbaxça” Samattanı 2020-ci ilin yayında “Aston Villa”dan 6 milyon avroya transfer etmişdi. 31 yaşlı forvard son mövsümü icarə əsasında “Genk”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button