“Fənərbaxça” Dzeko üçün təklif göndərib

“İnter”in hücumçusu Edin Dzeko karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Fənərbaxça” bosniyalı futbolçu üçün 2 illik müqavilə təklifi göndərib. Lakin Dzekonun “İnter”də qalmaq istədiyini bildirilir.

O, 2022/23 mövsümündə Milan təmsilçisinin heyətində 51 oyuna çıxıb, 14 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button