Fərid Qayıbov Sumqayıtda paralimpiyaçılarla görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov dekabrın 7-də Sumqayıtda Paralimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə tanış olub, onun fəaliyyəti ilə maraqlanıb.

Komanda.az xəbər verir ki, kompleksin imkanlarından daha səmərəli istifadə edilməsi barədə fikir mübadiləsi aparıb və müvafiq tövsiyələr verib.

Fərid Qayıbov burada paralimpiyanın üzgüçülük, cüdo, kamandan oxatma, ağırlıqqaldırma, voleybol növləri üzrə bölmələrdə məşq edən idmançılarla görüşüb, onların məşq proseslərini izləyib. Para-kamandan oxatma üzrə keçirilən yarışın qaliblərinin mükafatlandırılmasında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button