Fərhad Rəcəbli 10-cu dəfə dünya çempionu oldu

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən Dünya çempionatında qızıl medal qazanıb.

Komanda.az xəbər verir ki, M7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edib.

Bu, Azərbaycan təmçsilçisinin usta cüdoçular arasında dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button