“Fənərbaxça”nın legionerindən rekord

“Fənərbaxça”nın futbolçusu Mişi Batşuayi klub tarixinin rekorduna imza atıb.

Komanda.az xəbər verir ki, belçikalı forvard heç bir əcnəbi bombardirin əldə etmədiyi statistikanın sahibi olub.

O, “Fənərbaxça” ilə 40 və daha çox oyun keçirən əcnəbi futbolçular arasında ən yaxşı nəticəni göstərib. Batşuayi bu görüşlərdə hər oyuna ortalama 0.58 qol vurub. Bu isə İstanbul təmsilçisinin tarixində legionerlər arasında ən yaxşı nəticədir. 

Batşuayi ümumi statistikada yalnız türkiyəli oyunçulardan geri qalır. “Fənərbaxça” klubunun tarixində hər oyuna ortalama ən çox qol vuran futbolçu Tanju Çolakdır (0.89 qol). İkinci sırada isə Aykut Kocamandır (0.62 qol).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button