Evra “Barselona”nı tənqid etdi

“Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra “Barselona”nın çıxışı ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, kataloniyalıların artıq Avropa turnirlərində əvvəlki gücündə olmadığını bildirib:

“Atletiko” ilə qarşılaşmada geridönüş etmək şansları çox azdır. “Barselona” azarkeşləri reallıqla üzləşməlidir. Bu, artıq 2015-ci ilin komandası deyil. O komanda yoxdur. UEFA Çempionlar Liqasında onların qırmızı vərəqə almaq şansı qələbədən daha çoxdur. Son vaxtlar bu, vərdişə çevrilib”.

O, əlavə edib ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və onun komandası bu qarşılaşmaya daha yaxşı hazırdır.

“Barselona” ilk oyunda öz meydanında “Atletiko”ya 0:2 hesabı ilə məğlub olub. Cavab qarşılaşması bu gün saat 23:00-da, Madriddə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button