“Deyəsən, mənim üçün “Real” dönəmi bitib” – Xames

“Everton”un futbolçusu Xames Rodriqes gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Xames, İngiltərə klubunda xoşbəxt olduğunu deyib:

“Everton”da xoşbəxtəm. “Real”a qayıdacağımı düşünmürəm. Bir il daha burda qala bilərəm, mənim üçün problem yoxdur. Karlo Ançelottinin məni “Real”a qaytaracağına inanmıram. Deyəsən, mənim üçün “Real” dönəmi bitib. Yəqin ki, bir də ora getmərəm, ancaq yaşım da hələ azdır”.

Rodriqesin “Everton”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button